bakı, 10 aprel, arhd.media



bakı dövlət universiteti, “zəfər” şəhid ailələrinə dəstək ictimai birliyi, türkiyənin dokuz eylül universiteti və izmir azərbaycan dərnəyinin təşkilatçılığı, azərbaycanın türkiyədəki səfirliyinin tərəfdaşlığı ilə “erməni problemi və xx əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımı və sürgünlər” mövzusunda konfrans keçirilib.

bdu-dan arhd.media-a bildirilib ki, dokuz eylül universitetində keçirilən tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi və soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

dokuz eylül universitetinin rektoru bayram yılmaz azərbaycan və türkiyə arasındakı qardaşlıq əlaqələrinin təhsil və elm sahəsində də möhkəmlənməsinin əhəmiyyətini vurğulayıb. o, bu təşəbbüsə görə təşkilatçılara təşəkkürünü bildirib, tədbirin uğurla keçəcəyinə əminliyini ifadə edib.

daha sonra tədbirin moderatoru, dokuz eylül universitetinin professoru dilşen ince erdoğan panel-konfrans barədə məlumat verib.

açılış nitqləri ilə çıxış edən “zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri sevinc orucova, təhsilin inkişafı fondunun layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri, şəhid general polad həşimovun həyat yoldaşı ofelya salmanova və izmir azərbaycan dərnəyinin (izazder) idarə heyətinin sədri pərviz altay bu tədbirin keçirilməsinin vacibliyindən, xüsusilə xx əsrdə azərbaycan xalqına qarşı törədilmiş soyqırımların tarixə əsaslanan faktlarla dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıblar.

konfrans panel müzakirələrlə davam edib. paneldə dokuz eylül universitetinin tarix fakültəsinin professoru dilşen ince ərdoğan, bdu-nun tarix fakültəsinin dosenti aydın məmmədov, aydın adnan menderes universitetinin professoru ahmet toksoy və dokuz eylül universitetinin ictimai-hüquq fakültəsinin dosenti uğur samancı xx əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar və deportasiyalar barədə məruzə edib, tarixi sənədlər və arxiv materialları əsasında soyqırımı hadisələrinin miqyasını, səbəblərini və nəticələrini iştirakçıların diqqətinə çatdırıblar.

tədbirin sonunda mövzu ilə bağlı sual-cavab sessiyası təşkil olunub.

azərbaycan həqiqətlərinin beynəlxalq elmi platformalarda sistemli şəkildə təqdim olunması məqsədi daşıyan bu təşəbbüs çərçivəsində növbəti konfransın aprelin 11-də türkiyənin eskişehir şəhərindəki anadolu universitetində keçirilməsi nəzərdə tutulur.

Baxış sayı: 5 530

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə