bakı, 17 aprel, arhd.media




azmiu-da qərbi azərbaycan memarlıq irsinin tədqiqi laboratoriyası fəaliyyətə başladı


azərbaycan memarlıq və inşaat universiteti (azmiu) və qərbi azərbaycan icmasının birgə təşkilatçılığı ilə “qərbi azərbaycan: tarixi ədalət və qayıdış” mövzusunda elmi konfrans keçirilib.

arhd.media xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ulu öndər heydər əliyevin universitetdəki büstü önünə əklil qoyaraq xatirəsini ehtiramla yad ediblər.

sonra universitetin memarlıq fakültəsində yaradılan qərbi azərbaycan memarlıq irsinin tədqiqi laboratoriyasının açılış mərasimi baş tutub. konfrans iştirakçılarına laboratoriyanın fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. bildirilib ki, laboratoriyanın əsas hədəfi qərbi azərbaycanın qədim memarlıq nümunələrinin sistemli şəkildə araşdırılması, sənədləşdirilməsi və gələcək nəsillərə çatdırılmasıdır. qeyd olunub ki, ölkəmizin memarlıq üzrə 105 illik ali təhsil ənənəsini özündə əks etdirən azmiu-nun elmi potensialı, xüsusilə universitetin memarlıq-konstruksiyaları və abidələrin bərpası kafedrasında aparılan tədqiqatlar laboratoriyanın işinin yüksək şəkildə təşkil olunmasına şərait yaradacaq.

laboratoriyada qərbi azərbaycanla bağlı aparılacaq elmi tədqiqatlar tarixi torpaqlarımızdakı memarlıq abidələrinin öyrənilməsi yanaşı, ermənistanın azərbaycanın tarixi torpaqlarında xalqımıza məxsus mədəni və memarlıq izlərini silmək məqsədilə həyata keçirdiyi siyasətin əsl mahiyyətini ortaya çıxarmağa imkan verəcək. həyata keçirilən tədqiqatlar qərbi azərbaycanda yerləşən abidələrin tarixi, memarlıq və mədəni kontekstdə daşıdığı xüsusiyyətləri ortaya çıxararaq, ermənilərin bu sahədə formalaşdırdığı saxta konsepsiyanı elmi əsaslarla birdəfəlik təkzib edəcək.

konfrans ulu öndər heydər əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, dövlət himninin səsləndirilməsi ilə başlanıb.

açılış mərasimində azmiu-nun rektoru, əməkdar memar professor gülçöhrə məmmədova çıxış edərək bildirib ki, qərbi azərbaycan yalnız coğrafi məkan deyil, bu torpaqlarda doğulmuş, yaşayıb-yaratmış minlərlə azərbaycanlının keçmişi, kimliyi və yaddaşıdır. qərbi azərbaycan xalqımızın mədəni irsinin mühüm dayaqlarından biridir. bu torpaqlarda xalqımızın əsrlərlə formalaşdırdığı zəngin memarlıq nümunələri – məscidlər, türbələr, körpülər, karvansaralar, yaşayış evləri və digər monumental tikililər olub. təəssüf ki, erməni təcavüzkarlarının məqsədyönlü fəaliyyəti nəticəsində bu abidələrin böyük əksəriyyəti ya dağıdılıb, ya da saxtalaşdırılıb.

“azmiu olaraq bizim borcumuz təkcə memarlıq irsimizi öyrənmək deyil, həm də onun gerçək tarixini gələcək nəsillərə çatdırmaq, dünya ictimaiyyətinə təqdim etməkdir. bu gün burada açılışı baş tutan “qərbi azərbaycan memarlıq irsinin tədqiqi” laboratoriyası məhz bu istiqamətdə konkret elmi fəaliyyətlərin icrasına yönələcək. bu laboratoriyada aparılacaq tədqiqatlar həm qərbi azərbaycan ərazisində xalqımıza məxsus memarlıq irsinin sənədləşdirilməsi, həm də bu sahədə aparılan saxtalaşdırma cəhdlərinin ifşası baxımından mühüm rol oynayacaq. azmiu-nun memarlıq təhsili ənənəsi və universitetdə formalaşmış güclü elmi məktəb bu tədqiqatların yüksək elmi səviyyədə aparılmasına imkan verəcək”, - deyə rektor diqqətə çatdırıb.

konfransda qərbi azərbaycan icmasının sədri, milli məclisin deputatı əziz ələkbərli, amea-nın müxbir üzvü, riyaziyyat və mexanika institutunun direktoru professor misir mərdanov, milli məclisin deputatı hikmət babaoğlu, azərbaycan dövlət pedaqoji universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru professor mahirə hüseynova məruzələrlə çıxış ediblər.

çıxışlarda vurğulanıb ki, qərbi azərbaycana qayıdışla bağlı azərbaycan dövləti tərəfindən strateji addımlar atılır, beynəlxalq ictimaiyyət məlumatlandırılır və ermənistanın etnik təmizləmə siyasəti ifşa olunur. 2022-ci ildə yaradılmış qərbi azərbaycan icması bu prosesin hüquqi və mədəni əsaslarının formalaşdırılmasında fəal iştirak edir. icma deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi, tarixi və mədəni irsin qorunması, həmçinin bu irsin dünya miqyasında tanıdılması istiqamətində mühüm işlər görür.

qərbi azərbaycana qayıdış təkcə tarixi ədalətin bərpası deyil, həm də milli kimliyin qorunması baxımından vacibdir. bu məqsədə xalqın iradəsi və dövlətin siyasi qətiyyəti ilə nail olunacağına böyük inam var.

sonda qərbi azərbaycan icması tərəfindən icmanın strateji məqsədlərinin həyata keçirilməsi, qərbi azərbaycanlıların təşkilatlanması, qərbi azərbaycan həqiqətlərinin təbliği istiqamətində xidmətlərinə görə biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor məhəbbət məmmədov fəxri fərmanla təltif olunub. azmiu tələbə gənclər təşkilatının (tgt) təşkilatçılığı, azərbaycan tələbə gənclər təşkilatları ittifaqının (atgti) dəstəyi və qərbi azərbaycan icmasının təşəbbüsü ilə keçirilən “qərbi azərbaycan müzakirəsi: mun simulyasiya konfransı”nda fərqlənən tələbələrə isə sertifikatlar təqdim olunub.

Baxış sayı: 5 503

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə