bakı, 6 may, arhd.media



“azərbaycanda nəqliyyatın aktual problemləri” xxvi elmi-texniki tələbə konfransı keçirilir


bu gün “azərbaycan hava yolları” qsc-nin milli aviasiya akademiyasında (maa) heydər əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “azərbaycanda nəqliyyatın aktual problemləri” xxvi elmi-texniki tələbə konfransı işinə başlayıb.

arhd.media xəbər verir ki, konfransın təşkilatçıları elm və təhsil nazirliyi və “azərbaycan hava yolları” qsc-dir.

konfransda maa-nın tələbələri ilə yanaşı, xarici ölkələrin, həmçinin respublikanın digər ali təhsil müəssisələrinin tələbələri də iştirak edirlər. konfrans iştirakçıları əvvəlcə maa-nın yaradıcı tələbələrinin innovativ layihələrinin sərgisi ilə tanış olublar.

konfransı giriş sözü ilə açan maa-nın birinci prorektoru, professor ədalət səmədov maa-nın rektoru, akademik arif mir cəlal oğlu paşayevin konfrans iştirakçılarına təbrikini oxuyub. elmi-texniki tələbə konfransına 8 bölmə üzrə ümumilikdə 208 məruzə təqdim olunub.

riyaziyyat və mexanika institutunun direktoru, amea-nın müxbir üzvü misir mərdanov “heydər əliyev: xalqa həsr olunmuş ömür” mövzusunda geniş məruzə ilə çıxış edib.

plenar iclasda daha 3 məruzə dinlənilib.

qazaxıstan mülki aviasiya akademiyasının dosenti olqa qarmaş “qazaxıstanın aeroportları: çağırışlar və imkanlar” mövzusunda, maa-nın energetika mühəndisliyi ixtisasının 2552a qrup tələbələri elnur məmmədov və elşən əlisoy “intellektual avtodayanacaq və nəqliyyat axını sisteminin layihəsi” mövzusunda, maa-nın pilotsuz uçuş aparatları qrupunun mühəndisləri sərxan ağadadaşov, mirkərim məcidli, arif əlihüseynov və məhəmmədəli hacızadə isə “konseptual pilotsuz uçuş aparatları layihələri” mövzusunda məruzələrlə çıxış ediblər.

konfrans işini mayın 7-də bölmələrdə davam etdirəcək.

Baxış sayı: 6 550

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə