istanbul, 13 may, arhd.media


istanbulun ən böyük mədəniyyət məkanı olan atatürk mədəniyyət mərkəzində (akm) görkəmli azərbaycan bəstəkarı ilyas mirzəyevin konsert proqramı təşkil edilib.

arhd.media xəbər verir ki, bəstəkarın doğum günündə təşkil edilən proqramda ilyas mirzəyevlə yanaşı ankaranın musiqi və incəsənət universitetinin (müzik ve güzel sanatlar üniversitesi) rektoru professor erhan özdenin də neydə ifası dinlənilib.

tədbirin rəsmi hissəsində çıxış edən akm-nin bədii rəhbəri remzi buharalı azərbaycanlı bəstəkarın yaradıcılığı barədə tamaşaçılara məlumat verib.

bildirilib ki, ilyas mirzəyev beş simfoniya, 12 konsert və çox sayda fərqli əsərin müəllifidir. o, bir çox festivalda ilyas mirzəyevlə birgə konsertlərdə iştirak etdiyini də xatırladıb.

konsertdə ilyas mirzəyevin türkiyənin tanınmış kardioloqu, professor barbaros dokumacıya həsr olunan yeni, “humanizm” əsərinin də təqdimatı olub. proqramda caz əsərlərindən əlavə, türkiyənin fərqli musiqi nümunələri də yer alıb.

Baxış sayı: 4 513

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə