italiyanın məşhur azərbaycanlı xoreoqrafı, azərbaycanın əməkdar artisti, italiyada fəaliyyət göstərən “azəri” azərbaycan mədəniyyət assosiasiyasının sədri mais nuriyev vəfat edib.


arhd.media  xəbər verir ki, bu barədə diasporla iş üzrə dövlət komitəsi məlumat yayıb.


qeyd edilib ki, milandakı “aida” və “orizon” rəqs akademiyasının və milan konservatoriyasının professoru mais nuriyev diasporla iş üzrə dövlət komitəsi ilə sıx əməkdaşlıq edərək italiyada yaşayan azərbaycanlıların bir araya gəlməsi, azərbaycanın mədəniyyətinin avropada təbliği istiqamətində mühüm işlər görüb. 


soydaşımız uzun illər azərbaycan xalq rəqslərini dünya səhnələrinə daşıyıb, peşəkar fəaliyyəti ilə zəngin mədəni irsimizi, tariximizi, milli dəyərlərimizi italiyada və başqa ölkələrdə layiqincə tanıdıb, mədəni diplomatiyaya böyük töhfələr verib. onun yorulmaz tədris fəaliyyəti sayəsində xeyli gənc xoreoqraf yetişərək ölkəmizin mədəni irisini beynəlxalq aləmdə daha geniş auditoriyaya çatdırıb.


xoreoqraf öz fəaliyyəti ilə italiya ictimaiyyəti arasında nüfuza malik olub, iki ölkə arasında mədəni körpünün daha da möhkəmlənməsində ciddi rol oynayıb, ölkəmizə dostlar qazandırıb.

mais nuriyev azərbaycan respublikasının prezidenti ilham əliyevin sərəncamı ilə əməkdar artist fəxri adı alıb, həmçinin “heydər əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, “diaspor fəaliyyətində xidmətə görə” ar medalı ilə təltif olunub.


diasporla iş üzrə dövlət komitəsi mais nuriyevin vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə, yaxınlarına və diaspor ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.

Baxış sayı: 2 786

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə