meyxanaçı ağakərim (kərim novruzov) vəfat edib.
arhd.media xəbər verir ki, bu barədə manset.az-a onun yaxınları məlumat verib.
xatırladaq ki, 2017-ci ilin martında meyxanaçı ağakərimin beyninə qan sızıb. həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.
ağakərimin yaxın dostu, meyxanaçı ağamirzə məmmədov oxu.az-a açıqlamasında bildirib ki, mərhumun nəşi dekabrın 20-də maştağa qəbiristanlığında torpağa tapşırılacaq.























