
dünyaca məşhur model adriana limanın kişilərlə bağlı açıqlaması sosial şəbəkədə böyük əks-səda doğurub.
“arhd.media” xarici kiv-ə istinadən xəbər verir ki, limanın xüsusilə boy meyarları ilə bağlı fikirləri tez bir zamanda müzakirə mövzusuna çevrilib.
o, açıqlamasında “boyu 180 sm-dən yuxarı olmayan istənilən gənc kişi mənim üçün sadəcə dostdur”, - deyib.
məşhur modelin bu sözləri sosial media istifadəçilərini ikiyə bölüb. bəzi istifadəçilər modelin şəxsi üstünlüklərini müdafiə edərkən, bəziləri onun sözlərini tənqid edib.
























