azərbaycan kinematoqrafçılar ittifaqının sədri postuna namizədlər məlum olub.
“arhd.media” apa-ya istinadən xəbər verir ki, sədr postuna iki namizəd var - xalq artisti şəfiqə məmmədova və rejissor əli isa cabbarov.
kinematoqrafçılar ittifaqından məsələ ilə bağlı bildirilib ki, sədrliyə namizədlər konfransa yaxın vaxtda mətbuata açıqlanacaq.
qeyd edək ki, azərbaycan kinematoqrafçılar ittifaqının qurultayı mayın 26-da keçiriləcək.
xatırladaq ki, şəfiqə məmmədova hazırda ittifaq sədrinin səlahiyyətlərini icra edir, əli isa cabbarov isə qurumun katibidir.























