şuşada “xarıbülbül” ix beynəlxalq musiqi festivalının ikinci günü də maraqlı təqdimatlarla yadda qalıb.


“arhd.media” xəbər verir ki, şuşada “xarıbülbül” ix beynəlxalq musiqi festivalı davam edir.


heydər əliyev fondu və mədəniyyət nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalın ikinci gününün ilk musiqi təqdimatı xan qızı natəvanın sarayının qarşısında keçirilib. burada azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil olunub. 


“romans və mahnı səhəri” adlı konsert proqramında görkəmli bəstəkarlar arif məlikov, cahangir cahangirov, fikrət əmirov, qara qarayev, oqtay kazımi, süleyman ələsgərov, tofiq quliyev, üzeyir hacıbəyli və vasif adıgözəlovun sevilən əsərləri səslənib. 


dillər əzbəri olan həmin bəstələri gənc istedadlı musiqiçilər aqşin abdullayev, elnarə məmmədova, həmid abdulov, ismayıl zeynalov, mara hüseynova ifa ediblər.

 

Baxış sayı: 3 498

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə