bakı, 26 may, arhd.media
azərbaycan ordusunun qoşun növləri, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində “insan hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilir.
müdafiə nazirliyinin mətbuat xidmətindən arhd.media-a bildirilib ki, tədbirlərdə hərbi qulluqçularla insan və vətəndaş hüquqları və azadlıqları barədə maarifləndirici söhbətlər aparılır, videoçarxlar nümayiş etdirilir.
çıxışlar əsnasında qeyd olunur ki, 1998-ci il iyunun 18-də ulu öndər heydər əliyev tərəfindən ilk “insan hüquqlarının müdafiəsinə dair dövlət proqramı” təsdiq edilib. bu mühüm təşəbbüsün davamı kimi prezident ilham əliyevin 18 iyun 2007-ci il iyunun 18-i tarixli sərəncamı ilə 18 iyun - insan hüquqlarının müdafiəsi sahəsində ölkəmizdə həyata keçirilən sistemli və ardıcıl tədbirlərin, beynəlxalq insan hüquqları standartlarına uyğun islahatların və bu sahədəki nailiyyətlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edən insan hüquqları günü kimi təsis olunub.
azərbaycan respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən ənənəvi olaraq hər il bu əlamətdar gün ərəfəsində 18 may-18 iyun tarixləri ölkə ərazisində “insan hüquqları aylığı” elan edildiyi hərbi qulluqçuların diqqətinə çatdırılır.
tədbirlər zamanı qanunun aliliyi, hüquq mədəniyyəti, hüquqi məsuliyyət və inklüziv cəmiyyət prinsipləri təbliğ olunub, şəxsi heyəti maraqlandıran suallar ətrafında geniş müzakirələr aparılıb.






















