bakı, 5 iyul, arhd.media
“tərlan - 2025” təlimində iştirak edəcək qazaxıstan hərbçiləri ölkəmizə gəliblər
azərbaycan və qazaxıstan hərbi hava qüvvələri (hhq) arasında keçiriləcək “tərlan - 2025” birgə taktiki-uçuş təlimində iştirak etmək üçün qazaxıstan respublikasından cəlb olunan heyət ölkəmizə gəlib.
müdafiə nazirliyindən arhd.media-a bildirilib ki, hhq-nin "n" hərbi hissəsində hərbi qulluqçuların qarşılanma mərasimi keçirilib.
qeyd edək ki, iyulun 8-dən 10-dək keçirilməsi planlaşdırılan ikitərəfli təlimin məqsədi hərbi qulluqçuların pilotsuz uçuş aparatları (pua) sahəsində peşəkarlığının artırılması və qarşılıqlı təcrübə mübadiləsidir.





















