bakı, 21 iyul, arhd.media
anama: ötən həftə 79 mina və 178 partlamamış hərbi sursat zərərsizləşdirilib
azərbaycan respublikasının minatəmizləmə agentliyi (anama) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 14-20 iyul tarixlərində icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.
anama-dan arhd.media-a bildirilib ki, ötən həftə tərtər, ağdərə, kəlbəcər, ağdam, xocalı, xankəndi, xocavənd, laçın, şuşa, füzuli, qubadlı, cəbrayıl və zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 73, tankəleyhinə 6 mina və 178 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
həmçinin həftə ərzində 1 641 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.























