

bakı, 23 iyul, arhd.media
istanbulda azərbaycan-pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
“idef 2025” 17-ci beynəlxalq müdafiə sənayesi sərgisində iştirak etmək üçün türkiyədə səfərdə olan azərbaycanın müdafiə naziri general-polkovnik zakir həsənov pakistanın birləşmiş qərargah rəisləri komitəsinin sədri general sahir şamşad mirza ilə görüşüb.
bu barədə arhd.media-a müdafiə nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.
bildirilib ki, istanbul şəhərində keçirilən görüşdə ölkələrimiz arasında əlaqələrin qarşılıqlı inama, əməkdaşlığa, eləcə də mədəni əsaslara söykəndiyi vurğulanıb. tərəflər azərbaycan-pakistan hərbi əməkdaşlığının cari vəziyyətini müzakirə edib, bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barəsində ətraflı fikir mübadiləsi aparıblar.
görüşdə, həmçinin hərbi əlaqələrimizin yeni inkişaf perspektivləri müzakirə olunub.






















