ankara, 16 yanvar, arhd.media
türkiyənin milli müdafiə nazirliyi əlahiddə ümumqoşun ordunun qars şəhərində birgə “qış təlimləri - 2025”də iştirak edəcək azərbaycan hərbçilərinin qarşılanması ilə bağlı foto yayıb.
türkiyə milli müdafiə nazirliyindənbildirilib ki, iki qardaş ölkənin hərbçiləri naxçıvan və iğdır bölgələri arasında yerləşən “dilucu” nəzarət-keçid məntəqəsində görüşüblər.
“biz “bir millət, iki dövlət” kəlamı kontekstində bir yumruq kimi hərəkət etməyə, bir ürək kimi döyünməyə davam edəcəyik”, - deyə türkiyə müdafiə nazirliyində bildirilib.
arhd.media ictimai-siyasi media saytı’ın rəhbəri :
beynəlxalq hüquq eksperti : ismayıl zalov
arhd.media ictimai siyasi media saytı’ın baş redaktoru :
orxan ismayılov





















