“sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə
azərbaycan respublikasının qanunu
azərbaycan respublikasının milli məclisi azərbaycan respublikası konstitusiyasının 94-cü maddəsinin i hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
maddə 1. “sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” azərbaycan respublikası qanununun (azərbaycan respublikasının qanunvericilik toplusu, 2015, № 10, maddə 1109 (cild i); 2024, № 2, maddə 138, № 4, maddə 365) 1-ci maddəsində “2025-ci” sözləri “2026-cı” sözləri ilə əvəz edilsin.
maddə 2. bu qanun 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 3 fevral 2025-ci il























