a.t. rasi-zadənin “heydər əliyev” ordeni ilə təltif edilməsi haqqında
azərbaycan respublikası prezidentinin sərəncamı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
azərbaycan respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə artur tahir oğlu rasi-zadə “heydər əliyev” ordeni ilə təltif edilsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 20 fevral 2025-ci il






















