“azərişıq” açıq səhmdar cəmiyyətinin nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” azərbaycan respublikası nazirlər kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
azərbaycan respublikası nazirlər kabinetinin qərari

azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” azərbaycan respublikası prezidentinin 2024-cü il 23 noyabr tarixli 235 nömrəli fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədilə azərbaycan respublikasının nazirlər kabineti qərara alır:

“azərişıq” açıq səhmdar cəmiyyətinin nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” azərbaycan respublikası nazirlər kabinetinin 2015-ci il 14 may tarixli 190 nömrəli qərarında (azərbaycan respublikasının qanunvericilik toplusu, 2015, № 5, maddə 671 (cild i); 2024, № 3, maddə 316, № 5 (ii kitab), maddə 598) aşağıdakı dəyişikliklər edilsin:

1. aşağıdakı məzmunda 2-1-ci hissə əlavə edilsin:

“2-1. bu qərarda dəyişiklik azərbaycan respublikası prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli fərmanı ilə təsdiq edilmiş “icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.”.

2. həmin qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “azərişıq” açıq səhmdar cəmiyyətinin nizamnaməsi” üzrə:

2.1. 3.1-ci bənddən “(naxçıvan muxtar respublikası istisna olmaqla)” sözləri çıxarılsın;

2.2. “qeyd” hissəsi ləğv edilsin.

 

əli əsədov

azərbaycan respublikasının baş naziri

bakı şəhəri, “20” “fevral” 2025-ci il

№ 33

Baxış sayı: 5 455

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə