“mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların sertifikatlaşdırılması qaydası”nın təsdiq edilməsi haqqında
azərbaycan respublikası nazirlər kabinetinin qərari
azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “aviasiya haqqında” azərbaycan respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-viq nömrəli qanununun tətbiqi barədə” azərbaycan respublikası prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli fərmanının 2.3.14-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə azərbaycan respublikasının nazirlər kabineti qərara alır:
“mülki hava gəmilərinin və onların komponentlərinin uçuşa yararlılığının saxlanılmasını idarə edən təşkilatların sertifikatlaşdırılması qaydası” təsdiq edilsin (əlavə olunur).
əli əsədov
azərbaycan respublikasının baş naziri
bakı şəhəri, “ 20 ” “ fevral ” 2025-ci il
№ 38























