“ixracı və idxalı azərbaycan respublikası nazirlər kabinetinin sərəncamı əsasında həyata keçirilən malların siyahısında və həmin siyahının “qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları”nın təsdiq edilməsi haqqında
azərbaycan respublikası nazirlər kabinetinin qərari
azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “azərbaycan respublikası prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “azərbaycan respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydaları”nda dəyişiklik edilməsi haqqında” azərbaycan respublikası prezidentinin 2024-cü il 24 sentyabr tarixli 196 nömrəli fərmanının 4.1.1-ci və 4.1.2-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədilə azərbaycan respublikasının nazirlər kabineti qərara alır:
1. “ixracı və idxalı azərbaycan respublikası nazirlər kabinetinin sərəncamı əsasında həyata keçirilən malların siyahısında və həmin siyahının “qeyd” hissəsinin 1-ci bəndində göstərilən mallar üzrə xarici iqtisadi fəaliyyətin mal nomenklaturası kodları” təsdiq edilsin (əlavə olunur).
2. bu qərarda dəyişiklik azərbaycan respublikası prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli fərmanı ilə təsdiq edilmiş “icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnamə”nin 3.5-ci bəndinə uyğun edilə bilər.
əli əsədov
azərbaycan respublikasının baş naziri
bakı şəhəri, “ 25 ” “ fevral ” 2025-ci il
№ 50























