“azərbaycan respublikası rəqabət məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” azərbaycan respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-viq nömrəli qanununun icrası ilə əlaqədar azərbaycan respublikası prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi fərmanlarının ləğvi barədə
azərbaycan respublikası prezidentinin fərmanı

azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “azərbaycan respublikası rəqabət məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” azərbaycan respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-viq nömrəli qanununun icrası ilə əlaqədar qərara alıram:

1. azərbaycan respublikası prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli fərmanı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2000, № 8 (iii kitab), maddə 606 (cild i); 2024, № 4, maddə 393, № 5 (i kitab), maddə 529; azərbaycan respublikası prezidentinin 2025-ci il 15 yanvar tarixli 283 nömrəli fərmanı) ilə təsdiq edilmiş “azərbaycan respublikasında dövlət əmlakının özəlləşdirilməsinin ii dövlət proqramı”nın 2.2.23-cü yarımbəndində “əmtəə, iş və xidmət bazarında inhisarçı olan” sözləri “müvafiq bazarda hökmran mövqe tutan” sözləri ilə əvəz edilsin.

2. azərbaycan respublikası prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli fərmanı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2000, № 12, maddə 844 (cild i); 2024, № 5 (i kitab), maddə 529) ilə təsdiq edilmiş “dövlət müəssisəsini özəlləşdirmə komissiyasının fəaliyyəti haqqında əsasnamə”nin 2.3-cü bəndinin ikinci abzasının ikinci cümləsində “inhisarçı təsərrüfat subyektinə aid olduqda” sözləri “müvafiq bazarda hökmran mövqe tutduqda” sözləri ilə əvəz edilsin.

3. azərbaycan respublikası prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli fərmanı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2005, № 12, maddə 1110 (cild i); 2024, № 5 (i kitab), maddə 529) ilə təsdiq edilmiş “azərbaycan respublikasının tarif (qiymət) şurası haqqında əsasnamə”nin 2.1.7-ci yarımbəndində “inhisarçı subyektlərin məhsullarının (iş və xidmətlərinin)” sözləri “məhsulların (iş və xidmətlərin)” sözləri ilə əvəz edilsin.

4. azərbaycan respublikası prezidentinin 2022-ci il 15 dekabr tarixli 1905 nömrəli fərmanı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2022, № 12, maddə 1415 (cild i) ilə təsdiq edilmiş “mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında nümunəvi əsasnamə”yə 5 nömrəli əlavə – “kob klasterinin fəaliyyətində iştirak haqqında müqavilənin nümunəvi forması”nın 1.5-ci bəndində “antiinhisar” sözü “rəqabət” sözü ilə əvəz edilsin.

5. “inhisarçı müəssisələrin və birliklərin məhsullarının (xidmətlərinin) qiymətlərinin (tariflərinin) dövlət tərəfindən tənzimlənməsi haqqında” azərbaycan respublikası prezidentinin 1992-ci il 24 dekabr tarixli 377 nömrəli fərmanı (azərbaycan respublikası ali sovetinin məlumatı, 1992, № 24, maddə 1083; azərbaycan respublikasının qanunvericilik toplusu (cild i) ləğv edilsin.

6. “antiinhisar fəaliyyəti haqqında” azərbaycan respublikası qanununda dəyişikliklər və əlavələr edilməsi barədə” azərbaycan respublikası qanununun tətbiq edilməsi barədə” azərbaycan respublikası prezidentinin 1997-ci il 2 dekabr tarixli 647 nömrəli fərmanı (azərbaycan respublikasının qanunvericilik toplusu, 1997, № 6, maddə 503 (cild i) ləğv edilsin.

7. “təbii inhisarlar haqqında” azərbaycan respublikası qanununun tətbiq olunmasını təmin edən əlavə tədbirlər barədə” azərbaycan respublikası prezidentinin 2001-ci il 2 mart tarixli 446 nömrəli fərmanı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2001, № 3, maddə 154 (cild i) ləğv edilsin.

8. “antiinhisar fəaliyyəti haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2015-ci il 3 aprel tarixli 1250-ivqd nömrəli qanununun tətbiqi haqqında” azərbaycan respublikası prezidentinin 2015-ci il 29 aprel tarixli 504 nömrəli fərmanı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2015, № 4, maddə 383 (cild i) ləğv edilsin.

9. “haqsız rəqabət haqqında” azərbaycan respublikasının qanununda dəyişikliklər edilməsi barədə” azərbaycan respublikasının 2015-ci il 3 aprel tarixli 1251-ivqd nömrəli qanununun tətbiqi haqqında” azərbaycan respublikası prezidentinin 2015-ci il 29 aprel tarixli 505 nömrəli fərmanı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2015, № 4, maddə 384 (cild i) ləğv edilsin.

10. “təbii inhisarlar haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2015-ci il 3 aprel tarixli 1252-ivqd nömrəli qanununun tətbiqi haqqında” azərbaycan respublikası prezidentinin 2015-ci il 29 aprel tarixli 506 nömrəli fərmanı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2015, № 4, maddə 385 (cild i) ləğv edilsin.

 

ilham əliyev

azərbaycan respublikasının prezidenti

bakı şəhəri, 27 fevral 2025-ci il

Baxış sayı: 5 684

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə