azərbaycan respublikasının vergi məcəlləsində dəyişiklik edilməsi haqqında
azərbaycan respublikasının qanunu
azərbaycan respublikasının milli məclisi azərbaycan respublikası konstitusiyasının 94-cü maddəsinin i hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
azərbaycan respublikasının vergi məcəlləsinin (azərbaycan respublikasının qanunvericilik toplusu, 2000, № 8 (i kitab), maddə 583 (cild i); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (i kitab), maddə 498, № 6 (i kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182; azərbaycan respublikasının 2024-cü il 22 oktyabr tarixli 58-viiqd nömrəli və 16 dekabr tarixli 98-viiqd nömrəli qanunları) 164.1.19-1-ci maddəsinə “orqan (qurum)” sözlərindən sonra “, azərbaycan respublikasının baş prokurorluğu” sözləri əlavə edilsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 3 fevral 2025-ci il























