azərbaycan respublikası ilə serbiya respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın azərbaycan respublikası tərəfindən tərkibi haqqında” azərbaycan respublikası prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə
azərbaycan respublikası prezidentinin sərəncamı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “azərbaycan respublikası ilə serbiya respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın azərbaycan respublikası tərəfindən tərkibi haqqında” azərbaycan respublikası prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli sərəncamının (azərbaycan respublikasının qanunvericilik toplusu, 2011, № 6, maddə 517 (cild i) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. “əmək və əhalinin sosial müdafiəsi” sözləri “maliyyə” sözü ilə əvəz edilsin;
1.2. “azərbaycan respublikası energetika nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“azərbaycan respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini”.
2. azərbaycan respublikasının xarici işlər nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişikliklər barədə serbiya respublikası tərəfinə bildiriş göndərsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 6 mart 2025-ci il























