bərdə rayonunun əmirli–xanağalı–uğurbəyli və alpout–qarayusifli–tumaslı avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
azərbaycan respublikası prezidentinin sərəncamı

azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. on beş min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən əmirli–xanağalı–uğurbəyli və alpout–qarayusifli–tumaslı avtomobil yollarının əsaslı təmiri məqsədilə azərbaycan respublikası prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli sərəncamı ilə təsdiq edilmiş “azərbaycan respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı azərbaycan avtomobil yolları dövlət agentliyinə ayrılsın.

2. azərbaycan respublikasının maliyyə nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. azərbaycan respublikasının iqtisadiyyat nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini azərbaycan respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.

4. azərbaycan respublikasının nazirlər kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 


ilham əliyev

azərbaycan respublikasının prezidenti

bakı şəhəri, 7 mart 2025-ci il

Baxış sayı: 3 237

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə