“azərbaycan respublikasının şəhərsalma və tikinti məcəlləsində, “texniki təhlükəsizlik haqqında” və “lisenziyalar və icazələr haqqında” azərbaycan respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2025-ci il 14 fevral tarixli 139-viiqd nömrəli qanununun tətbiqi və bununla əlaqədar azərbaycan respublikası prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
azərbaycan respublikası prezidentinin fərmanı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “azərbaycan respublikasının şəhərsalma və tikinti məcəlləsində, “texniki təhlükəsizlik haqqında” və “lisenziyalar və icazələr haqqında” azərbaycan respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2025-ci il 14 fevral tarixli 139-viiqd nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. müəyyən edilsin ki, “texniki təhlükəsizlik haqqında” azərbaycan respublikası qanununun 2-ci maddəsinin 3-cü hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini azərbaycan respublikasının nazirlər kabineti həyata keçirir.
2. azərbaycan respublikasının nazirlər kabineti:
2.1. aşağıdakı normativ hüquqi aktları iki ay müddətində təsdiq edib azərbaycan respublikasının prezidentinə məlumat versin:
2.1.1. təhlükə potensiallı obyektlərin siyahısını;
2.1.2. təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydasını;
2.2. “azərbaycan respublikasının şəhərsalma və tikinti məcəlləsində, “texniki təhlükəsizlik haqqında” və “lisenziyalar və icazələr haqqında” azərbaycan respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2025-ci il 14 fevral tarixli 139-viiqd nömrəli qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “texniki təhlükəsizlik haqqında” azərbaycan respublikası qanununun tətbiq edilməsi barədə” azərbaycan respublikası prezidentinin 2000-ci il 2 fevral tarixli 269 nömrəli fərmanının (azərbaycan respublikasının qanunvericilik toplusu, 2000, № 2, maddə 84 (cild i) 2-ci hissəsində “bu qanunun 2-ci maddəsinin 2-ci və 3-cü hissələrində” sözləri “texniki təhlükəsizlik haqqında” azərbaycan respublikası qanununun 2-ci maddəsinin 2-ci hissəsində və 3-cü hissəsinin ikinci cümləsində” sözləri ilə əvəz edilsin.
4. “azərbaycan respublikasının şəhərsalma və tikinti məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” azərbaycan respublikasının 2012-ci il 29 iyun tarixli 392-ivq nömrəli qanununun tətbiqi barədə” azərbaycan respublikası prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli fərmanının (azərbaycan respublikasının qanunvericilik toplusu, 2012, № 9, maddə 847 (cild i); 2024, № 8, maddə 938) 1.6.20-ci və 1.6.21-ci yarımbəndlərində “təhlükə potensiallı” sözləri “xüsusi riskli” sözləri ilə əvəz edilsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 11 mart 2025-ci il























