bakı, 15 mart, arhd.media
xəzər və nəsimi rayonlarında vətəndaşlar tərəfindən polisə 2 avtomat təhvil verilib
polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.
daxili işlər nazirliyindən arhd.media-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri növbəti profilaktik tədbirlər nəticəsində xəzər və nəsimi rayonlarında 2 şəxs 2 avtomat silahı, 1 patron darağı və 12 patronu polisə təhvil verib.
faktla bağlı araşdırmalar aparılır.























