
azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə
hörmətli cənab prezident.
mübarək ramazan bayramı münasibətilə zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
uca allahdan sizə möhkəm cansağlığı, islam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etməsini arzulayıram.
bayramınız mübarək!
məhəmməd yunis əl-mənfi
liviya dövləti prezident şurasının sədri






















