şuşa, 27 mart, arhd.media
azərbaycan respublikasının prezidenti ilham əliyev və birinci xanım mehriban əliyeva martın 27-də şuşada tarixi çöl qala məscidi və bulağının bərpadan sonra açılışında iştirak edib, iaşə obyektlərində yaradılan şəraitlə, qarabağ küçəsində, şuşa müalicə-sağlamlıq mərkəzində və yeni şuşa məscidində aparılan tikinti işləri ilə tanış olublar.






















