özbəkistan respublikasının birinci xanımı ziroatxon mirziyoyevadan
azərbaycan respublikasının birinci vitse-prezidenti xanım mehriban əliyevaya
möhtərəm mehriban xanım.
təbiətin oyanışı və yenilənməsi, xalqlarımızın minillik ənənələri və xeyirxah adət-ənənələrinin bənzərsiz təcəssümü olan novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm.
şərq yeni ilində sizə və ailə üzvlərinizə xoşbəxtlik, uğur və gözəl əhvali-ruhiyyə arzulayıram. doğma ölkənizə rifah, abadlıq və əmin-amanlıq diləyirəm.
dərin ehtiramla,
ziroatxon mirziyoyeva
özbəkistan respublikasının birinci xanımı























