prezidentin mətbuat xidmətinin məlumatı

martın 30-da azərbaycan respublikasının prezidenti ilham əliyevlə pakistan islam respublikasının baş naziri məhəmməd şahbaz şərif arasında telefon danışığı olub.

pakistanın baş naziri dövlətimizin başçısını və azərbaycan xalqını müqəddəs ramazan bayramı münasibətilə təbrik edərək, ən xoş arzularını çatdırıb.

təbriklərə görə minnətdarlığını bildirən prezident ilham əliyev öz növbəsində məhəmməd şahbaz şərifi və pakistan xalqını bayram münasibətilə təbrik edib, qardaş pakistana firavanlıq və ruzi-bərəkət arzulayıb.

pakistanın baş naziri təbriklərə görə təşəkkürünü bildirib.

məhəmməd şahbaz şərif bu il ölkəmizə dövlət səfərini və prezident ilham əliyev ilə apardığı müzakirələri məmnunluqla xatırlayıb, səfər çərçivəsində verilmiş tapşırıqlara uyğun olaraq aidiyyəti dövlət qurumları tərəfindən ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində fəaliyyətin davam etdirildiyini qeyd edib.

telefon söhbəti zamanı azərbaycan prezidenti və pakistanın baş naziri ölkələrimiz arasında iqtisadi, ticarət, enerji, sərmayələr və digər sahələrdə əməkdaşlığın inkişafına dair müzakirələr aparıblar.

Baxış sayı: 5 712

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə