suriya ərəb respublikasının keçid dövrü prezidenti əhməd əl-şaraadan
azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə
cənab prezident, əziz qardaş.
mübarək ramazan bayramı münasibətilə sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
bu xoş fürsətdən istifadə edərək zati-alinizə möhkəm cansağlığı, uzun ömür, azərbaycan respublikasına daha da çox tərəqqi, rifah və əmin-amanlıq arzu edirəm. birgə səylərimizlə ölkələrimizin və xalqlarımızın, həmçinin islam ümmətimizin xoşbəxtliyi naminə uca allaha dua edirəm.
bayramınız mübarək!
hörmətlə,
əhməd əl-şaraa
suriya ərəb respublikasının keçid dövrü prezidenti






















