fələstin dövlətinin prezidenti, fələstin azadlıq təşkilatı icraiyyə komitəsinin sədri mahmud abbasdan
azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə
hörmətli cənab prezident.
novruz bayramı münasibətilə zati-alinizə, azərbaycan hökumətinə və qardaş xalqınıza səmimi-qəlbdən təbriklərimi çatdırıram. sizə cansağlığı, xoşbəxtlik, ölkənizi və xalqınızı daha böyük tərəqqi və firavanlığa doğru aparmağı davam etdirməkdə uğurlar arzulayıram.
fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq, qardaşlıq və hörmətə əsaslanan münasibətləri gücləndirmək istəyimi ifadə edirəm.
cənab prezident, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.
mahmud abbas
fələstin dövlətinin prezidenti, fələstin azadlıq
təşkilatı icraiyyə komitəsinin sədri






















