azərbaycan respublikasının prezidenti zati–aliləri cənab ilham əliyevə


əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

dünya müsəlmanlarının böyük bayramı olan ramazan bayramı münasibətilə zati-alinizi və azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.

ramazan bayramı dünya müsəlmanları arasında sosial-dini bağların möhkəmlənməsini əks etdirən, mübarək ramazan ayında ürəkdən edilən ibadətlərin səmərə verdiyini göstərən gözəl bir bayramdır.

ümid edirəm ki, rəhmət və bərəkətlə dolu olan bu bayramın mübarəkliyi və xeyir-bərəkəti sayəsində bütün müsəlman xalqları arasında daha artıq həmrəyliyin yaranmasına, islam ölkələrində sülh və sabitliyin bərqərar olmasına və ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə gündən-günə daha da genişlənməsinə şahid olacağıq.

uca allahdan zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, azərbaycan xalqına isə səadət və xoş günlər arzulayıram.

hörmətlə,

 

 

məsud pezeşkian

iran islam respublikasının prezidenti

Baxış sayı: 5 480

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə