“idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” azərbaycan respublikası prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli fərmanının ləğv edilməsi barədə” azərbaycan respublikası prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında
azərbaycan respublikası prezidentinin fərmanı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiqi və “idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nın təsdiq edilməsi haqqında” azərbaycan respublikası prezidentinin 2017-ci il 2 noyabr tarixli 1654 nömrəli fərmanının ləğv edilməsi barədə” azərbaycan respublikası prezidentinin 2022-ci il 1 iyul tarixli 1732 nömrəli fərmanında (azərbaycan respublikasının qanunvericilik toplusu, 2022, № 7, maddə 721 (cild i) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 4-cü hissəyə “1-dək” sözlərindən sonra “, 107-ci və 108-ci hissələri 2027-ci il yanvarın 1-dək” sözləri əlavə edilsin;
1.2. həmin fərmanla təsdiq edilmiş “idxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”na aşağıdakı məzmunda 107-ci və 108-ci hissələr əlavə edilsin:
|
107 |
8537 10 910 0 |
elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan kontrolleri |
|
108 |
8537 10 980 0 |
elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılmayan kontrolleri |
2. azərbaycan respublikasının nazirlər kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 7 aprel 2025-ci il























