azərbaycanla yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının yeni tərkibi təsdiq edilib - sərəncam

bakı, 9 aprel, arhd.media




azərbaycanla yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının yeni tərkibi təsdiq edilib - sərəncam


azərbaycan respublikası prezidentinin 1999-cu il 5 fevral tarixli 67 nömrəli sərəncamı ilə yaradılmış azərbaycan respublikası ilə yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının (bundan sonra – dövlət komissiyası) yeni tərkibi təsdiqlənib.

arhd.media xəbər verir ki, prezident ilham əliyev bununla bağlı sərəncam imzalayıb.

 

 

 

dövlət komissiyasının sədri

azərbaycan respublikası dövlət neft şirkətinin (socar-ın) prezidenti

dövlət komissiyasının üzvləri

azərbaycan investisiya holdinqinin baş icraçı direktoru

azərbaycan nəqliyyat və kommunikasiya holdinqinin (azcon-un) icraçı direktoru

“azərenerji” açıq səhmdar cəmiyyətinin vitse-prezidenti

ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun idarə heyəti sədrinin müavini

azərbaycan respublikası sahibkarlar (işəgötürənlər) təşkilatları milli konfederasiyasının prezidenti

paşa holdinqin baş icraçı direktoru

neqsol holdinqin baş icraçı direktoru

azərbaycan respublikasının yaponiyada fövqəladə və səlahiyyətli səfiri.

sərəncamda, həmçinin dövlət komissiyasının cari fəaliyyətinin təşkili məqsədilə dövlət komissiyasının katibliyinin yaradılması və katibliyin funksiyasının həyata keçirilməsinin azərbaycan respublikasının iqtisadiyyat nazirliyinə həvalə edilməsi qeyd olunub.

Baxış sayı: 5 692

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə