
r.s.qvaladzenin 1-ci dərəcəli “vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında
azərbaycan respublikası prezidentinin sərəncamı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
azərbaycan respublikasının məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə rafael sergeyeviç qvaladze 1-ci dərəcəli “vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 10 aprel 2025-ci il























