
qambiya respublikasının vitse-prezidenti məhəmməd yalloudan azərbaycan respublikasının birinci vitse-prezidenti xanım mehriban əliyevaya ramazan bayramı münasibətilə təbrik
zati-aliləri.
ramazan bayramı münasibətilə sizə, ailənizə və qardaş azərbaycan xalqına səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
zati-alinizə cansağlığı və xoşbəxtlik, azərbaycan xalqına rifah arzulayıram.
bu bayramın islam ümmətinə və bütün bəşəriyyətə sülh, əmin-amanlıq və tərəqqi gətirəcəyinə ümid edirəm.
uca allahdan bütün dualarımızı qəbul etməsini diləyirəm.
bayramınız mübarək!
hörmətlə,
məhəmməd yallou
qambiya respublikasının vitse-prezidenti























