bakı, 14 aprel, arhd.media
cəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu əsaslı təmir olunacaq – sərəncam
prezident ilham əliyev “cəlilabad rayonunun sərhədabad–əliabad–zəhmətabad–soltankənd avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
arhd.media xəbər verir ki, sərəncama əsasən, yeddi min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən sərhədabad–əliabad–zəhmətabad–soltankənd avtomobil yolunun əsaslı təmiri məqsədilə prezidentin 2025-ci il 10 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “azərbaycan respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon manatı azərbaycan avtomobil yolları dövlət agentliyinə ayrılıb.
























