balaxanı sənaye parkının ərazisinin genişləndirilməsi haqqında
azərbaycan respublikası prezidentinin sərəncamı

azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. azərbaycan respublikasının nazirlər kabineti:
1.1. balaxanı sənaye parkının ərazisinin genişləndirilməsi məqsədilə bakı şəhəri sabunçu rayonunun balaxanı qəsəbəsində yerləşən və bakı bərk məişət tullantılarının yandırılması zavodunun istifadəsində olan 18,415 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “təmiz şəhər” açıq səhmdar cəmiyyətinin istifadəsinə verilməsi ilə bağlı üç ay müddətində tədbirlər görüb azərbaycan respublikasının prezidentinə məlumat versin;
1.2. bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
2. azərbaycan respublikasının iqtisadiyyat nazirliyi, bakı şəhər icra hakimiyyəti və azərbaycan investisiya holdinqi bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsünlər.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 21 aprel 2025-ci il























