bakı, 21 aprel, arhd.media
azərbaycan prezidenti ilham əliyev 1941-1945-ci illərdə ikinci dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.
arhd.media xəbər verir ki, sərəncama əsasən ikinci dünya müharibəsində qələbənin 80-ci ildönümü ilə əlaqədar olaraq həmin müharibədə iştirak etmiş şəxslərə 2 min 500 manat məbləğində, ikinci dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, ikinci dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, ikinci dünya müharibəsi dövründə leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1250 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.
bunun üçün azərbaycan respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş azərbaycan respublikası prezidentinin ehtiyat fondundan 3,2 milyon manat vəsait ayrılacaq.
bununla bağlı nazirlər kabinetinə, maliyyə və əmək və əhalinin sosial müdafiəsi nazirliklərinə müvafiq tapşırıqlar verilib.






















