“bakı şəhər baş səhiyyə idarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (covid-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” azərbaycan respublikası nazirlər kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
azərbaycan respublikası nazirlər kabinetinin qərari
azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, azərbaycan respublikasının nazirlər kabineti qərara alır:
“bakı şəhər baş səhiyyə idarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (covid-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” azərbaycan respublikası nazirlər kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli qərarının (azərbaycan respublikasının qanunvericilik toplusu, 2020, № 7, maddə 992 (cild i); 2024, № 1, maddə 92, № 4, maddə 459, № 7, maddə 901, № 10, maddə 1172; 2025, № 2, maddə 183) 2-ci hissəsində “aprelin” sözü “iyulun” sözü ilə əvəz edilsin.
əli əsədov
azərbaycan respublikasının baş naziri
bakı şəhəri, “ 22 ” “ aprel ” 2025-ci il
№ 125























