pekin, 23 aprel, arhd.media



aprelin 23-də pekində azərbaycan respublikasının prezidenti ilham əliyevin və çin xalq respublikasının sədri si cinpinin iştirakı ilə azərbaycan-çin sənədlərinin imzalanması mərasimi olub.

arhd.media xəbər verir ki, əvvəlcə prezident ilham əliyev və sədr si cinpin “azərbaycan respublikası ilə çin xalq respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında birgə bəyanat”ı imzaladılar.

“azərbaycan respublikası hökuməti ilə çin xalq respublikası hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında saziş”i və “azərbaycan respublikasının minatəmizləmə agentliyi ilə çin xalq respublikasının xarici işlər nazirliyi arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə dair anlaşma memorandumu”nu azərbaycanın xarici işlər naziri ceyhun bayramov və çinin xarici işlər naziri van i imzaladılar.

“azərbaycan respublikası ilə çin xalq respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında müqavilə”ni azərbaycanın baş nazirinin müavini şahin mustafayev və çinin xarici işlər naziri van i imzaladılar.

“azərbaycan respublikası hökuməti ilə çin xalq respublikası hökuməti arasında texniki-iqtisadi əməkdaşlıq haqqında saziş”i azərbaycanın baş nazirinin müavini şahin mustafayev və çinin inkişaf üzrə beynəlxalq əməkdaşlıq agentliyinin direktoru çen siadon imzaladılar.

“azərbaycan respublikasının elm və təhsil nazirliyi ilə çin xalq respublikasının elm və texnologiya nazirliyi arasında elm və texnologiya sahələrində əməkdaşlıq haqqında protokol”u azərbaycanın xarici işlər naziri ceyhun bayramov və çinin elm və texnologiya naziri yin hecun imzaladılar.

“azərbaycan respublikasının ədliyyə nazirliyi ilə çin xalq respublikasının ədliyyə nazirliyi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu”nu azərbaycanın xarici işlər naziri ceyhun bayramov və çinin ədliyyə naziri xı ron imzaladılar.

“azərbaycan respublikasının mədəniyyət nazirliyi ilə çin xalq respublikasının mədəniyyət və turizm nazirliyi arasında 2025-2029-cu illər üzrə mədəni əməkdaşlıq haqqında protokol”u azərbaycanın xarici işlər naziri ceyhun bayramov və çinin mədəniyyət və turizm naziri sun yeli imzaladılar.

“azərbaycan respublikasının əqli mülkiyyət agentliyi ilə çin xalq respublikasının milli əqli mülkiyyət administrasiyası arasında anlaşma memorandumu”nu azərbaycanın xarici işlər naziri ceyhun bayramov və çinin milli əqli mülkiyyət administrasiyasının rəhbəri şen çanyu imzaladılar.

“azərbaycan respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirliyi ilə çin milli kosmik idarəsi (cnsa) arasında kosmosda əməkdaşlıq və kosmik fəzadan dinc məqsədlər üçün istifadə haqqında anlaşma memorandumu”nu azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri rəşad nəbiyev və çin milli kosmik idarəsinin rəhbəri şan conde imzaladılar.

“azərbaycan respublikasının dövlət neft fondu ilə çinin investisiya korporasiyası arasında anlaşma memorandumu”nu azərbaycan respublikasının dövlət neft fondunun icraçı direktoru israfil məmmədov və çinin investisiya korporasiyasının sədri və icraçı direktoru can çinson imzaladılar.

“azərbaycan respublikası hökuməti ilə çin xalq respublikası hökuməti arasında “bir kəmər, bir yol” təşəbbüsünün birgə təşviqi üzrə əməkdaşlıq planı”nı azərbaycanın baş nazirinin müavini şahin mustafayev və çinin milli inkişaf və islahat komissiyasının sədri cen şancye imzaladılar.

“azərbaycan respublikasının ekologiya və təbii sərvətlər nazirliyi ilə çin xalq respublikasının milli inkişaf və islahat komissiyası arasında yaşıl və aşağı karbonlu inkişaf əməkdaşlığına dair anlaşma memorandumu”nu azərbaycanın xarici işlər naziri ceyhun bayramov və çinin milli inkişaf və islahat komissiyasının sədri cen şancye imzaladılar.

“azərbaycan respublikasının iqtisadiyyat nazirliyi ilə çin xalq respublikasının sənaye və informasiya texnologiyaları nazirliyi arasında sənaye sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu”nu azərbaycanın iqtisadiyyat naziri mikayıl cabbarov və çinin sənaye və informasiya texnologiyaları naziri li lıçen imzaladılar.

“azərbaycan respublikası hökuməti ilə çin xalq respublikası hökuməti arasında beynəlxalq multimodal daşımalar haqqında saziş”i azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri rəşad nəbiyev və çinin nəqliyyat naziri liu vey imzaladılar.

“azərbaycan respublikasının iqtisadiyyat nazirliyi ilə çin xalq respublikasının kommersiya nazirliyi arasında maneəsiz ticarət üzrə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə dair anlaşma memorandumu”nu və “azərbaycan respublikasının iqtisadiyyat nazirliyi ilə çin xalq respublikasının kommersiya nazirliyi arasında rəqəmsal iqtisadiyyatda investisiya əməkdaşlığının gücləndirilməsi haqqında anlaşma memorandumu”nu azərbaycanın iqtisadiyyat naziri mikayıl cabbarov və çinin kommersiya naziri van ventao imzaladılar.

“azərbaycan televiziya və radio verilişləri” qapalı səhmdar cəmiyyəti ilə çin media qrupu arasında əməkdaşlıq sazişi”ni azərbaycanın çindəki səfiri bünyad hüseynov və çin media qrupunun prezidenti şen haysion imzaladılar.

“azərbaycan respublikasının iqtisadiyyat nazirliyi ilə çin xalq respublikasının milli məlumat administrasiyası arasında rəqəmsal iqtisadiyyat üzrə əməkdaşlığın gücləndirilməsinə dair anlaşma memorandumu”nu azərbaycanın iqtisadiyyat naziri mikayıl cabbarov və çinin milli məlumat administrasiyasının rəhbəri lyu lyehon imzaladılar.

“azərbaycan respublikasının naxçıvan muxtar respublikasının naxçıvan şəhəri ilə çin xalq respublikasının sincan-uyğur muxtar rayonunun urumçi şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin qurulmasına dair niyyət məktubu”nu azərbaycanın çindəki səfiri bünyad hüseynov və çinin urumçi şəhərinin meri yakub paydulla imzaladılar.

Baxış sayı: 4 523

Mətndə səhv var?

Siçan ilə problemli fraqmenti seçin və CTRL+ENTER düymələrini basın.
Görünən pəncərədə problemi təsvir edin və resurs Administrasiyasına göndərin.

Rəhbər: Beynəlxalq Hüquq Eksperti,
Hüquq üzrə Fəlsəfə doktoru
İsmayıl Zalov

Baş redaktor: Nuranə Axundova

Qaynar xətt: (+99455) 850 36 00

infoagency@arhd.az

Məzənnə