azərbaycan respublikasının qanunvericiliyi hər bir şəxsin fundamental hüquqlarını qoruyur.
bu hüquqlardan biri də şəxsin özü və yaxın qohumları əleyhinə ifadə verməkdən imtina etmək hüququdur.
bu prinsip azərbaycan respublikasının konstitusiyasının 66-cı və cinayət prosessual məcəlləsinin 20-ci maddələri ilə təsbit edilib.
qanunvericiliyə əsasən:
- heç bir şəxs öz əleyhinə ifadə verməyə məcbur edilə bilməz;
- həyat yoldaşı, valideynlər, uşaqlar, bacı və qardaşlar, nənə və babalar, nəvələr də bu hüquqdan istifadə edə bilərlər;
- ifadə verməkdən imtina edən şəxsə qarşı təzyiq göstərilməsi və ya hansısa məsuliyyət tədbiri görülməsi qanunla qadağandır.






















