“feldyeger rabitəsi haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2025-ci il 1 aprel tarixli 164-viiqd nömrəli qanununun tətbiqi və “feldyeger rabitəsi haqqında” azərbaycan respublikası qanununun tətbiq edilməsi barədə” azərbaycan respublikası prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında
azərbaycan respublikası prezidentinin fərmanı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “feldyeger rabitəsi haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2025-ci il 1 aprel tarixli 164-viiqd nömrəli qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. müəyyən edilsin ki, “feldyeger rabitəsi haqqında” azərbaycan respublikası qanununun 3.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini azərbaycan respublikasının nazirlər kabineti həyata keçirir.
2. azərbaycan respublikasının nazirlər kabineti:
2.1. “feldyeger rabitəsi haqqında” azərbaycan respublikası qanununun 3.2-ci maddəsinə uyğun olaraq, diplomatik korrespondensiyanın daşınması qaydasını iki ay müddətində müəyyən edib azərbaycan respublikasının prezidentinə məlumat versin;
2.2. “feldyeger rabitəsi haqqında” azərbaycan respublikasının qanununda dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2025-ci il 1 aprel tarixli 164-viiqd nömrəli qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “feldyeger rabitəsi haqqında” azərbaycan respublikası qanununun tətbiq edilməsi barədə” azərbaycan respublikası prezidentinin 2003-cü il 4 avqust tarixli 903 nömrəli fərmanının (azərbaycan respublikasının qanunvericilik toplusu, 2003, № 8, maddə 432 (cild i) 2.2-ci bəndinə “qanunun” sözündən sonra “3.2-ci,” sözləri əlavə edilsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 5 may 2025-ci il






















