balakən rayonunun heydər əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında
azərbaycan respublikası prezidentinin sərəncamı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. balakən rayonunun heydər əliyev parkında sərnişin kanat yolunun layihələndirilməsi və tikintisi məqsədilə azərbaycan respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş azərbaycan respublikası prezidentinin ehtiyat fondundan azərbaycan respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirliyinə 5 (beş) milyon manat vəsait ayrılsın.
2. azərbaycan respublikasının maliyyə nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. azərbaycan respublikasının iqtisadiyyat nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən sərnişin kanat yolunun tikintisinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini azərbaycan respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. azərbaycan respublikasının nazirlər kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 8 may 2025-ci il






















