“işçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları”nın təsdiq edilməsi və “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” azərbaycan respublikası nazirlər kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarının ləğv edilməsi haqqında
azərbaycan respublikası nazirlər kabinetinin qərari
azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “azərbaycan respublikası əmək məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” azərbaycan respublikası qanununun tətbiq edilməsi barədə” azərbaycan respublikası prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli fərmanının 2-ci hissəsinin dördüncü abzasına əsasən azərbaycan respublikasının nazirlər kabineti qərara alır:
1. “işçilərin əmək kitabçasının forması və onun doldurulması qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” azərbaycan respublikası nazirlər kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı (azərbaycan respublikasının qanunvericilik toplusu (cild i); 2024, № 9, maddə 1090) ləğv edilsin.
əli əsədov
azərbaycan respublikasının baş naziri
bakı şəhəri, “ 12 ” “ may ” 2025-ci il
№ 156






















