isveçin kralı xvi karl qustavdan
azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə
hörmətli cənab prezident.
azərbaycan respublikasının müstəqillik günü münasibətilə zati-alinizə ən səmimi təbriklərimi çatdırıram.
sizə cansağlığı, xoşbəxtlik, azərbaycan xalqına firavanlıq arzu edirəm.
hörmətlə,
xvi karl qustav
isveçin kralı






















