kuba respublikasının prezidenti migel dias-kanel bermudesdən
azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə
hörmətli cənab prezident.
azərbaycan respublikasının milli bayramı münasibətilə sizə və xalqınıza səmimi-qəlbdən təbriklərimi çatdırıram.
fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək niyyətimizi bir daha bildirmək istəyirəm.
sizə dərin hörmət və ehtiramımı ifadə edirəm.
migel dias-kanel bermudes
kuba respublikasının prezidenti























