“təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası”nın təsdiq edilməsi və “təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi qaydasının təsdiq edilməsi haqqında” azərbaycan respublikası nazirlər kabinetinin 2001-ci il 25 oktyabr tarixli 167 nömrəli qərarının ləğv edilməsi haqqında
azərbaycan respublikası nazirlər kabinetinin qərari
azərbaycan respublikası konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “azərbaycan respublikasının şəhərsalma və tikinti məcəlləsində, “texniki təhlükəsizlik haqqında” və “lisenziyalar və icazələr haqqında” azərbaycan respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” azərbaycan respublikasının 2025-ci il 14 fevral tarixli 139-viiqd nömrəli qanununun tətbiqi və bununla əlaqədar azərbaycan respublikası prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” azərbaycan respublikası prezidentinin 2025-ci il 11 mart tarixli 347 nömrəli fərmanının 2.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə azərbaycan respublikasının nazirlər kabineti qərara alır:
1. “təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası” təsdiq edilsin (əlavə olunur).
2. “təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi qaydasının təsdiq edilməsi haqqında” azərbaycan respublikası nazirlər kabinetinin 2001-ci il 25 oktyabr tarixli 167 nömrəli qərarı (azərbaycan respublikasının qanunvericilik toplusu, 2001, № 10, maddə 662 (cild i) ləğv edilsin.
əli əsədov
azərbaycan respublikasının baş naziri
bakı şəhəri, “ 21 ” “ may ” 2025-ci il
№ 163






















