azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında
azərbaycan respublikası prezidentinin sərəncamı
azərbaycan respublikası konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan aşağıdakı şəxslər təltif edilsinlər:
“tərəqqi” medalı ilə
həsənov ərəstun həsənağa oğlu
qənbərov mirsalam böyükağa oğlu
sefiyev amil mirdaməd oğlu
şiralıyev mayıs ağahüseyin oğlu
tarverdiyev qafar hüseyn oğlu
“dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
aslanov ilqar vaqif oğlu
ibadova sevinc qafar qızı.
ilham əliyev
azərbaycan respublikasının prezidenti
bakı şəhəri, 22 may 2025-ci il






















