rusiya federasiyasının həştərxan vilayətinin qubernatoru iqor babuşkindən
azərbaycan respublikasının prezidenti zati-aliləri cənab ilham əliyevə
möhtərəm ilham heydər oğlu.
icazə verin, sizə öz ehtiramımı ifadə edim və 28 may - müstəqillik günü münasibətilə təbriklərimi çatdırım.
bu bayram azərbaycan respublikasının öz ölkəsini sevən, onun tarixini və ənənələrini əziz tutan, daha gözəl gələcək naminə çalışan bütün sakinlərini birləşdirir.
bu əlamətdar gündə sizə və azərbaycanın bütün vətəndaşlarına möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və doğma ölkənin rifahı naminə quruculuq fəaliyyətinizdə yeni uğurlar arzulayıram. azərbaycan respublikası qarşılıqlı fəaliyyətin bütün istiqamətləri üzrə həmişə rusiya federasiyasının strateji tərəfdaşı olub və belə olaraq qalır.
həştərxan vilayəti ilə azərbaycan respublikası arasında yaranmış dostluq əlaqələrini yüksək qiymətləndirirəm və regionumuzla çoxplanlı qarşılıqlı faydalı təmasların möhkəmləndirilməsinə verdiyiniz dəstəyə görə sizə minnətdarlığımı bildirirəm.
hörmətlə,
iqor babuşkin
rusiya federasiyasının həştərxan vilayətinin qubernatoru






















